Azərbaycan və Türkiyə klubları üz-üzə

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komandamızın rəqibi "Adana Dəmirspor" olacaq. 

Qeyd edək ki, "Zirə" Türkiyə toplanışı çərçivəsində ilk görüşdə "Konkordiya" (Rumıniya) ilə qolsuz bərabərə qalıb.

 

Yoxlama görüşü

26 iyul

18:00. "Zirə" - "Adana Dəmirspor" (Türkiyə)

Türkiyə. "Termal" otelin meydançası