Azərbaycan - Xorvatiya: Biletlər satışda

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya görüşünün biletləri satışa çıxarılıb. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, qiymətlər 4-cü kateqoriya 2, 3-cü kateqoriya – 3, 2-ci kateqoriya – 4, 1-ci kateqoriya – 5, VIP isə 20 manatdır.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək.