Azərbaycan Yunanıstana qarşı

17 yaşadək futbolçulardan ibarət millimiz, Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, komandamız bu gün ilk oyununu keçirəcək.

Futbolçularımız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Avropa çempionatının ilkin seçmə mərhələsi

9-cu qrup, I tur

17:00. Azərbaycan - Yunanıstan

Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)

Patra. “Papacharalambio Ethniko” stadionu

Qeyd edək ki, millimiz 9-cu qrupda Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.