Azərbaycanda Avropa çempionatını bu kanal yayımlayacaq

Azərbaycanda futbol üzrə 2024-cü il Avropa çempionatını yayımlayacaq kanal müəyyənləşib.

Sportline.az xəbər verir ki, Almaniyada keçiriləcək çempionatın final mərhələsini İctimai Televiziya yayımlayacaq.

Yayımın təşkili ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına əsasən, İTV-yə 940 min 500 avronun manat ekvivalentində vəsait ayrılıb.