Azərbaycanda azarkeşlər hakimi meydandan qovdu
AFFA-nin yeni yaratdığı Region Liqasında qalmaqal yaranıb. SportLine.az futbolinfo.az saytına istinadən xəbər verir ki, hadisə Sabirabadda baş verib.
Belə ki, VI tur çərçivəsində keçirilən yerli “Gənclik” lə Füzuli rayonunun eyniadlı komandası arasında insident yaşanıb.
Meydan sahibi olan “Gəncliy”in qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan qovublar.
Beləliklə, hesab 1:1 olarkən oyun yarımçıq dayandırılıb.