"Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur" - Ramin Quliyev

“Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdır”.

SportLine.az-ın xəbərinə görə, bu sözləri U-17 millimizin baş məşqçisi Ramin Quliyev “Sumqayıt”ın U-19 komandasına qalib gəldikləri yoxlama oyunundan (4:0) sonra AFFA-nın saytına açıqlamasında deyib.

O, Avropa çempionatının seçmə mərhələsinə qədər daha iki yoxlama matçı keçirəcəklərini bildirib: “Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq. Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”.