Azərbaycanın 3 parataekvondoçusu uğurlu nəticəyə imza atıb

Azərbaycanın 3 parataekvondoçusu Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Sportline.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən verir ki, bununla bağlı Dünya Taekvondosu rəsmi məktub göndərib.

Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən paralimpiadaya vəsiqəyə sahib olublar. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, “altılıq”da yer alacağı rəsmiləşib.

Parataekvondoçular Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.