Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasında Səbail mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasında Səbail mərhələsindəki rəqibləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, avqustun 22-dən 24-dək Bakıda keçiriləcək turnirdə yığma B qrupunda Çexiya və Filippin seçmələri ilə yarışacaq.

Millinin qrupdakı ilk oyunu avqustun 23-də saat 18:30-da Çexiyaya, ikinci sınağı isə isə saat 20:10-da Filippinə qarşı olacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar