Azərbaycanın daha bir klubu dağıldı
Ötən mövsüm Azərbaycan I divizionunda çıxış edən "Şüvəlan" klubu fəaliyyətini dayandırıb.
Sportline.az xəbər verir ki, klubun bu gün keçirilən iclasında belə qərar qəbul olunub.
Komandanın bütün futbolçularına azad agent statusu verilib.
Qeyd edək ki, "Şüvəlan" 2017-ci ilədək AZAL adını daşıyırdı. Qəsəbə təmsilçisi ötən mövsüm I divizionu 7-ci pillədə bitirmişdi.