Azərbaycanın UEFA reytinqində mövqeyi
Ötən gün Çempionlar Liqasında və Avropa Liqasında keçirilən görüşlərdən sonra UEFA-nın yeni reytinq cədvəli təqdim olunub. SportLine.az xəbər verir ki, nəticələr Azərbaycanın mövqeyini dəyişməyib.
Aktivində 17,875 xalı olan Azərbaycan əvvəlki kimi 23-cü sırada qərarlaşıb.
Azərbaycanın ən yaxın izləyiciləri Şotlandiya, İsrail və Qazaxıstandır.