Azərbaycanın UEFA reytinqindəki mövqeyi

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik olub.

İlk pillələrdə qərarlaşan ölkələr - İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin qələbəsi bu ölkələrin  xal hesabını artırıb.

23-cü pillədə qərarlaşan Azərbaycanın mövqeyi dəyişməyib. 19.125 xalla Bolqarsıtanı 1 pillə qabaqlayan ölkəmiz siyahıda İsveçdən sonradır. Azərbaycan Serbiya, Qazaxıstan, Sloveniya, Norveç kimi ölkələrdən də öndə qəraralaşıb.