Azərbaycanın UEFA reytinqindəki vəziyyəti

Ötən gün Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində "Şerif"ə qarşı keçirilən görüşdə "Qarabağ"ın qazandığı qələbə Azərbaycanın UEFA reytinqində xal ehtiyatını 0,250 artırıb. SportLine.az xəbər verir ki, bununla da, Azərbaycanın xal ehtiyatı 18.500-ə çatıb.

Amma, bu, irəliləməyə kifayət etməyib. Ölkəmiz əvvəlki kimi 26-cı pillədə qərarlaşıb. Azərbaycandan 1 pillə öndə olan İsrailin 18.625 xalı var. Ölkəmizin əsas izləyicisi Qazaxıstan isə 17.750 xala malikdir.