Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda

Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni iş yeri müəyyənləşib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Bosniya və Herseqovinanın "Çelik" komandası ilə razılıq əldə edib.

Amit yeni komandasında 18 nömrəli formanı geyinəcək. 

Zenitsa şəhərini təmsil edən “Çelik” hazırda Bosniya və Herseqovina Premyer Liqasında geridə qalan 19 turdan sonra 21 xalla 12 kollektiv arasında 9-cu sırada qərarlaşıb. Komandanın baş məşqçisi türkiyəli mütəxəssis Adnan Örnəkdi.

Qeyd edək ki, Quluzadənin son iş yeri ötən yay yollarını ayırdığı Kosovonun "Drita" klubu olub. O, bunadək Türkiyə, Portuqaliya və Yunanıstanda da legioner həyatı yaşayıb.