Azərbaycanlı futbolçu Çexiyada dubl etdi

Gənclərdən ibarət millimizin hücumçusu Fərid Nəbiyev Çexiyada növbəti qollarını vurub.

Sportline.az xəbər verir ki, “Slaviya B” komandasında oynayan futbolçumuz gənclər liqasında səfərdə “Domazlitse”yə qarşı matçda 2 qol vurub. Onun komandası isə 3:4 hesabı ilə uduzub.

Qeyd edək ki, bu, F. Nəbiyevin cari mövsümdə 3-cü qolu olub.

Hazırda “Slaviya B” 6 xalla 2-ci yeri tutur.