Azərbaycanlı futbolçu debüt oyununda dubl etdi
Azərbaycanlı futbolçu Kamran Quliyev yeni klubu "Yonava"da (Litva) ilk oyununu keçirib. SportLine.az xəbər verir ki, yoldaşlı görüşü çərçivəsində təşkil olunan matçda rəqib "Daynava Alytus" kollektivi olub.
Qarşılaşma "Yonava"nın qələbəsi ilə yekunlaşıb - 4:0.
K.Quliyev matçda dubl edib. O, 57 və 84-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi K.Quliyev bu ay "Yonava"ya transfer olunub.