Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya"nın U-20 komandası yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib “Litomerjits” kollektivi olub.
Qarşılaşma "Slaviya"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
F.Nəbiyev 30-cu dəqiqədə oyuna qoşulub və komandasının hər iki qolunun müəllifi olub.
Bu görüşdə digər azərbaycanlı futbolçular – Amin Seydiyev və Rövlan Muradov 90 dəqiqə oynayıblar.