Azərbaycanlı futbolçu erməninin klubunda

Ukrayna millisinin sabiq əslən azərbaycanlı üzvü Aleksandr Əliyev həvəskar futzalçılardan ibarət "Karbon" komandasında çıxış edəcək. SportLine.az xəbər verir ki, bu barədə klubun rəhbəri Narek Kazaryan məlumat verib.

Onun sözlərinə görə, 33 yaşlı yarımmüdafiəçinin adı iştirak ərizəsinə daxil edilib və o, "Kolos"la qarşılaşmada debüt edə bilər. 

Qeyd edək ki, "Karbon" Çerkassk vilayətinin çempionatında çıxış edir.