Azərbaycanlı futbolçu komandasına kömək edə bilmədi
Azərbaycanlı futbolçular Rövlan Muradov və Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya"nın U-21 komandası Çexiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Teplitse" kollektivi olub.
Qarşılaşma Praqa təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:2.
R.Muradov 90 dəqiqə meydanda olub. F.Nəbiyev isə bu görüşdə iştirak etməyib.
Qeyd edək ki, "Slaviya" 29 xalla 12 klub arasında 7-cidir.