Azərbaycanlı futbolçu Rusiyada "ən yaxşı" seçildi
Rusiya Premyer Liqasında XII turun ən yaxşı futbolçusu açıqlanıb. SportLine.az xəbər verir ki, "Rostov"un azərbaycanlı yarımmüdafiəşisi Ayaz Quliyev "turun ən yaxşısı" olub.
"InStat Index”in təqdim etdiyi reytinqə əsasən 361 balla birinci yerə layiq görülən futbolçu Moskva "Lokomotiv”inin hücumçusu Antonio Eder (357 bal) və "Dinamo”nun müdafiəçisi Sebastyan Holmeni (341 bal) qabaqlayıb.
Qeyd edək ki, XII turda evdə "Anji”ni 1:0 hesabı ilə məğlub edən "Rostov” 21 xalla 4-cü yerdə qərarlaşıb. Ayaz Quliyev bu görüşdə sonadək meydanda olub və sarı vərəqə alıb.