Azərbaycanlı futbolçuların şəkli gündəmdə

Azərbaycan millisinin və Moskva "Dinamo"sunun üzvü Ramil Şeydayev "Spartak"da çıxış edən digər azərbaycanlı oyunçu Ayaz Quliyevlə görüşüb.

Sportline.az xəbər verir ki, Ramil Ayazla şəklini "Instagram"da paylaşıb. O, şəklə bu başlığı yazıb: "Bu oğlan Həbibdir. Nurməhəmmədovla bağlı zarafat etmirəm, amma indi, o boğulur".

Qeyd edək ki, Ayaz Quliyevi Rusiyada UFC döyüşçüsü Həbib Nurməhəmmədova bənzədirlər.