Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı
FİFA referi köməkçisi Rza Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb.
SportLine.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edək ki, oyunlar mayın 4-dən 20-dək İngiltərədə keçiriləcək.