Azərbaycanlı hakim Serbiya - İspaniya matçına təyinat alıb
Azərbaycanlı hakim Rza Məmmədov, 17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının final mərhələsinə növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, FİFA referisinin köməkçisi D qrupunun Serbiya-İspaniya oyununda yan xətt hakimi olacaq.
O, baş hakim rumıniyalı Horatio Fesnikə kömək edəcək.
Qeyd edək ki, Serbiya-İspaniya matçı mayın 6-ı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. R.Məmmədov həmçinin bu gün baş tutacaq Portuqaliya-Norveç oyununda da yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Avropa çempionatının final mərhələsi mayın 20-dək İngiltərədə keçiriləcək.