Azərbaycanlı məşqçi İtaliyada İnzagi ilə görüşdü
"Keşlə"nin idman direktoru Ramiz Məmmədov hazırda İtaliyadadı.
SportLine.az sportinfo.az saytına istinadən xəbər verir ki, tanınmış mütəxəssis "Bolonya" rəhbərliyinin dəvəti ilə sözügedən ölkəyə yollanıb.
Azərbaycanın ən yaxşı məşqçisi adını almış Məmmədov 3 gündü A seriyası klubunun düşərgəsindədi. Səfər iki məqsəd daşıyır.
Bildiyiniz kimi, Ramiz bəy "Keşlə"də əsasən uşaq və yeniyetmə futbolunun inkişafına nəzarət edir. O, bu baxımdan "Bolonya"nın iş prinsipləriylə tanış olur, çünki sözügedən klubun akademiyası İtaliyada ən yaxşılardandı.
Məmmədov "Bolonya" təcrübəsinin Azərbaycanda tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.
Son olaraq İranda "Damaş-Gilan"ı çalışdıran mütəxəssis eyni zamanda "Bolonya"nın əsas komandasının gündəlik məşqlərində yaxından iştirak edir.
Baş məşqçi Filippo İnzaqi ilə görüşən həmyerlimiz tanınmış yerli həmkarıyla 2 saatlıq görüş keçirib, müasir futbolun yenilikləri ətrafında geniş fikir mübadiləsi aparıb.