Azərbaycanlı mütəxəssis Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub
Basketbol üzrə U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında məşqçilik edən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub.
Bu barədə Sportline.az- Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
O, adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir.
Qeyd edək ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.