"Azərbaycansayağı künc zərbəsi" sənədli filmi

Xəzər TV-nin İdman Departamenti Vaqif Sadıqovun müəllifi olduğu, hələ 1993-cü ildə "Neftçi"nin baş məşqçisi olarkən Bərdənin "Pambıqçı" klubu ilə oyunda tətbiq etdiyi künc zərbəsinin tarixini araşdırıb.

Sportline.az xəbər verir ki, sonralar Fransa - Azərbaycan, Azərbaycan - İtaliya, Azərbaycan - Türkiyə, "Neftçi" - "Rid", "Neftçi" - "Nitra", "Qarabağ" - "Göteborg", "Səbail" - "Krayova" və digər matçlarda bu ev tapşırığından istifadə edilib.

Futbolçularımızın Azərbaycansayağı künc zərbəsindən vurduğu demək olar bütün vacib qolları burada izləyə biləcəksiz. Bu qısa film Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) keçirdiyi müsabiqə üçün hazırlanıb.