Bahodir Nasimov "Keşlə"də!

Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Keşlə" iştirak ərizəsini UEFA-ya təqdim edib. SportLine.az xəbər verir ki, siyahıda 22 futbolçunun adı var.

Komandanın yeni transferləri - Miloş Boşançiç və Bahodir Nasimov da heyətə daxil edilib.

30 yaşlı serbiyalı Boşançiç hücumameylli yarımmüdafiəçidir və son olaraq, Çexiya "Slovan"ında çıxış edib. 31 yaşlı özbəkistanlı hücumçu Nasimov isə əvvəllər "Neftçi"də çıxış edib. O, 2011-2012 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub. 

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev 

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna 

Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədi.

Qeyd edək ki, "Keşlə" "Baltsan"la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirəcək. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.