Bakıdakı final Omar Momaninin hədəfində

Tanınmış karikaturaçı Omar Momani Bakıda keçiriləcək UEFA Avropa Liqasının final görüşünə biganə qalmayıb. 

Sportline.az xəbər verir ki, o, final iştirakçıları "Çelsi" və Arsenal"ın  üzvlərini səhər yeməyində təsvir edib.

Şəkildə "zadəganlar"ın çalışdırıcısı Maurisio Sarri, futbolçuları Eden Azar, N Qolo Kante, "Arsenal"dan isə Pyer-Emerik Obameyanq, Mesut Özil və Aleksandr Lyakazett öz əksini tapıb. Momani həmçinin, "Liverpul"un baş məşqçisi Yurgen Kloppu da karikaturaya əlavə edib. O, "Cənab, Klopp, bizə qoşul! Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hər kəsi xoşbəxt edir! Bunu mütləq dadın!" yazıb. 

Xatırladaq ki, bir müddət əvvəl Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda təşkilinə "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə mənfi reaksiya vermişdi. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.