Bakıdakı finalda VAR sistemi tətbiq olunacaq

Avropa Liqasının Bakıda keçiriləcək final matçında VAR sistemi tətbiq olunacaq. SportLine.az xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Məlumata görə, 2019-cu ilin 29 may tarixində Bakı Olimpiya Stadionunda təşkil olunacaq həlledici matçda VAR sistemindən istifadə olunacaq.