Bakıdakı finalı aztəminatlı uşaqlar da izləyəcəklər

Almaniyanın “Ayntraxt” klubunun fanatları azərbaycanlı uşaqlara hədiyyə ediblər. 

Sportline.az xəbər verir ki, Frankfurt klubunun Avropa Liqasının finalına bilet alan azarkeşlərindən 100 nəfəri öz biletini Azərbaycanda yaşayan aztəminatlı uşaqlara bağışlayıb. Biletlərin əksəriyyəti SOS Uşaq Kəndinə göndərilib.
 
 Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında  “Çelsi” və “Arsenal” klubları üz-üzə gələcək.

"Ayntraxt" mübarizəni yarımfinalda dayandırmışdı.