"Bakıdakı oyuna tam ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Olimpiya" - "Qarabağ" görüşündən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda təəssüratlarını bölüşüb. SportLine.az mütəxəssisin fikirlərini klubun rəsmi "Facebook" səhifəsinə istinadən diqqətinizə çatdırır:

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq".

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" matçı "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 1:0.