Bakayoko yenidən "Monako"da

"Çelsi" yarımmüdafiəçisi Temue Bakayokonu icarəyə verir.

Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, London klubu fransalı yarımmüdafiəçini "Monako"ya satın alma şərti ilə bir illik icarəyə verəcək.

25 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Milan"da çıxış edib.

"Çelsi" Fransa seçməsinin üzvünü 2017-ci ildə "Monako"dan 45 milyon avroya transfer etmişdi.