Ballak da "Çelsi" yolunda

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Mixael Ballak London klubunun məşqçilər heyətində yer ala bilər.

Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, “zadəganlar”a baş məşqçi təyin ediləcəyi gözlənilən Frenk Lempard keçmiş komanda yoldaşı ilə birgə çalışmaq istəyir.

42 yaşlı Ballakın köməkçi məşqçi kimi çalışmaq üçün tələb olunan B kateqoriyalı lisenziyası var.

Qeyd edək ki, Lempard və Ballak 2006-2010-cu illərdə “Çelsi”də birlikdə çıxış ediblər.