Balotelli "Marsel"dən ayrıldı

Məşhur futbolçu Mario Balotelli "Marsel"dən ayrılıb.

Sportline.az xəbər verir ki, italiyalı futbolçu bu barədə soisal şəbəkə hesabında məlumat verib.

"Hədəflərimizə çata bilməsək belə, burada keçirdiyim möhtəşəm 5 aya görə hər kəsə təşəkkürlər. Texniki işçilərə, futbolçulara, rəhbərliyə, klubda hər kəsə minnətdarlığımı bildirirəm. Komandaya gələcək üçün şans diləyirəm".

"Marsel"də mövsümün ikinci yarısında 15 oyuna çıxan 28 yaşlı italiyalı 8 qolla yadda qalıb.