"Baltsan" - "Keşlə" görüşünün yeri və vaxtı məlumdur
"Keşlə" komandasının, Avropa Liqasının I təsnifat mərhələsində Malta "Baltsan"ına qarşı keçirəcəyi ilk oyunun stadionu və başlama saatı müəyyənləşib.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq. Start fiti isə Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Həmin gün saat 20:00-da "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"ini, saat 21:00-da isə "Neftçi" "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini qəbul edəcək.
Qeyd edək ki, cavab görüşləri iyulun 19-da keçiriləcək.