"Baltsan" – "Keşlə" oyunu ilə bağlı dəyişiklik

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Baltsan" - "Keşlə" oyununun yeri və başlanma saatı dəyişdirilib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş "Sentenario" stadionunda təşkil olunacaq. İyulun 12-nə planlaşdırılan matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xatırladaq ki, bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu isə iyulun 19-da Bakıda olacaq.