"Baltsan" "Keşlə"ni başqa stadionda qarşılayacaq
Avropa Liqasının I təsnifat mərhələsinin "Baltsan" - "Keşlə" matçının stadionu və başlama saatı dəyişib.
Sportline.az xəbər verir ki, iyulun 12-də Ta Qali şəhərindəki "Centenary" stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Əvvəlcə "Baltsan" - "Keşlə" görüşünün Ta Qalidəki 17 min tamaşaçı tutan Milli Stadionda keçiriləcəyi açıqlanmışdı. Həmin arenanın yaxınlığında yerləşən süni örtüklü "Centenary" stadionu isə 3000 azarkeş tutumuna malikdir.