Baqali Dabo böyük məbləğdə cərimələndi

"Neftçi"nin hücumçusu Baqali Dabo klub rəhbərliyi tərəfindən cəzalandırılıb.

Sportline.az Sportinfo.az-a istinadən xəbər verir ki, fransalı hücumçuya 10 min dollar cərimə kəsilib.

Buna səbəb onun son vaxtlar intizamsız davranışı, baş məşqçi Roberto Bordinlə mübahisə etməsi və gecə həyatına son qoymaqla bağlı tələblərə əhəmiyyət verməməsidir.