"Barselona" 1/8 finalda
UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümündə ilk "pley-off"çu müəyyənləşib. SportLine.az xəbər verir ki, İtaliyada "İnter"lə 1:1 hesablı heç-heçə edən "Barselona" növbəti mərhələyə vəsiqəni təmin edib.
Xalını 10-a çatdıran Kataloniya təmsilçisi 3-cü pillədəki "Tottenhem"i 6 xal qabaqlayıb. Bununla yanaşı, "İnter"lə şəxsi oyunlarda əldə olunan 4 xal növbəti turları "Barselona" üçün əhəmiyyətsizləşdirib.
Beləliklə, La Liqa klubu, ən azı, 2-ci pilləni təmin edib.