"Barselona" Kanteyə görə Qomeşi təklif edir
Növbəti mövsümə hazırlıqları davam etdirən "Barselona" "Çelsi"nin futbolçusu N'Qolo Kanteni heyətinə cəlb etmək niyyətindədir. SportLine.az xəbər verir ki, Kataloniya təmsilçisi Fransa millisinin üzvü üçün təzminat haqqı ilə yanaşı, Andre Qomeşi də təklif edir.
"Sky Sports"un məlumatına görə, "Barselona"nın təklif etdiyi məbləğ dəqiq məlum olmasa da, bunun 50 milyon funt-sterlinqdən aşağı olmayacağı ehtimal edilir.
Qeyd edək ki, Kante 2016-cı ildən "Çelsi"nin şərəfini qoruyur.