"Barselona" "Atletiko"nun futbolçusunu istəyir

"Barselona" cari mövsümün sonunda heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, Kataloniya klubu "Atletiko"nun futbolçusu Saul Nigezə "elçi düşüb". 

"AS" nəşrinin məlumatına görə, "Barselona" rəhbərliyi "madridlilər"ə 110 milyon avroluq təklif ünvanlamağa hazırlaşır. 24 yaşlı yarımmüdafiəçinin də komandasını dəyişməkdə maraqlı olduğu deyilir. Bir neçə gün öncə yayılan məlumatda "Çelsi"nin futbolçu ilə ilkin razılıq əldə etdiyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı futbolçu peşəkar karyerasına "Atletiko"da başlayıb.