"Barselona" braziliyalı futbolçunu transfer etdi

Növbəti mövsümə hazırlıqları davam etdirən "Barselona" heyətini daha bir futbolçu ilə güclənirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Artur Melonu heyətinə qatıb. 

Bunadək "Qremio"nun şərəfini qoruyan braziliyalı futbolçu ilə 2024-cü ilədək müqavilə imzalanıb. 

La Liqa klubu 21 yaşlı futbolçunun keçidi üçün 31 milyon avro (bonuslarla birlikdə 40 milyon avro) ödəyib.