"Barselona" bütün mümkün kubokları qazanmaq istəyir

"Barselona"nın prezidenti Xosep Bartomeu cari mövsümdə komandanın hədəflərindən danışıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, əsas məqsədin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib: "Biz həmişə çempionluq qazanmağı qarşımıza məqsəd olaraq qoymuşuq. Çempionlar Liqası "Barselona" üçün ən vacib turnirdir. Ona görə də çox ciddi yanaşırıq. Bizim vəzifəmiz 10 il əvvəl bacardığımız kimi, bir mövsümdə bütün kubokları əldə etməkdir".

Qeyd edək ki, Kataloniya klubu 2009-cu ildə Pep Qvardiolanın rəhbərliyi ilə iştirak etdiyi 6 turnirin hamısında qalib gəlmişdi.