"Barselona" futbolçusundan fantastik qol

İspaniyada qadın futbolçuların ölkə çempionatında keçirilən "Valensiya" - "Barselona" görüşündə möhtəşəm qol qeydə alınıb. SportLine.az xəbər verir ki, qarşılaşmanın 62-ci dəqiqəsində Kataloniya klubunun üzvü Nataşa Andonova topu künc nöqtəsindən qapıya göndərib. 

Qeyd edək ki, qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.