"Barselona" və "Ayaks" yarımfinalda

Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, “Barselona” – “Mançester Yunayted”i, "Yuventus" isə "Ayaks"ı qəbul edib.

“Barselona” “Mançester Yunayted” üzərində səfər qələbəsindən sonra favorit statusunu bir qədər də möhkəmlətmişdi. Baxmayaraq ki, 1-0 hesablı qələbə hələ məsələnin tam həlli anlamına gəlmirdi. Minimal geriliyi aradan qaldırmaq üçün rəqib qapısına mütləq yol tapmalı olan “qırmızı şeytanlar”bunu bacarmayıblar. "Barselona" 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Amsterdamda hərəyə 1 qol vuran “Yuventus”la “Ayaks”ın cavab matçında meydan sahiblərinin imkanları daha yüksək qiymətləndirilirdi. “Qoca senyora”ya bu oyunda qolsuz bərabərlik də sərf edirdi. Amma Turindəki qarşılaşmada sükutun pozulmayacağı inandırıcı görünmürdü. "Ayaks" 2:1 hesablı qələbə ilə yarımfinala adını yazdırıb.

Çempionlar Liqası 
1/4 final, cavab oyunları 
16 aprel 

"Barselona" (İspaniya) 3:0 "Mançester Yunayted" (İngiltərə)
Qollar:
Lionel Messi, 16 (1:0), 20 (2:0), Jordi Alba, 61 (3:0).
Baş hakim: Feliks Brix (Almaniya) 
Barselona, "Nou Kamp" stadionu
İlk oyun - 1:0

"Yuventus" (İtaliya) 1:2 "Ayaks" (Hollandiya)
Qollar:
Kriştiano Ronaldu, 28 (1:0), Donni van de Bek, 34 (1:1), Matteys de Liqt, 67 (1:2). 
Baş hakim: Klemen Turpin (Fransa)
Turin. "Juventus Stadium"
İlk oyun - 1:1.