"Barselona" penaltilərlə qalib gəldi

ABŞ-da təşkil olunan Beynəlxalq Çempionlar Kuboku davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə "Barselona" "Tottenhem"i üstələyib.

Əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşan görüşdə qalib penaltilər seriyası ilə müəyyənləşib. Burada Kataloniya təmsilçisi güclü olub - 5:3.