"Barselona" "Tottenhem"in oyunçusuna elçi düşüb
Cari mövsümün sonunda heyətini gücləndirmək barədə düşünən "Barselona" "Tottenhem"in şərəfini qoruyan Tobi Alervayreldi transfer etmək niyyətindədir.
SportLine.az "Independent"ə istinadən xəbər verir ki, Kataloniya klubu Belçikalı müdafiəçini uzun müddətdir izləyir və yaxın vaxtlarda onunla rəsmi danışığa başlayacaq.
Belçikalı futbolçunun müqavilədə qeyd olunan qiyməti 25 milyon funt-sterlinqdir. 28 yaşlı futbolçunun "Tottenhem"lə müqavilə müddəti 2019-cu ilin yayınadəkdir.
Qeyd edək ki, "Mançester Yunayted" də T.Aldervayreldin xidmətində maraqlıdır.