"Barselona" yarımfinala belə yüksəldi

UEFA Çempionlar Liqasında ¼ finalın cavab oyunları olub.

Sportline.az xəbər verir ki, ilk oyunda İngiltərədə minimal hesablı qələbəyə sevinən “Barselona” bu dəfə “Mançester Yunayted”lə “Kamp Nou”da qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyə yiyələnən meydan sahibləri çox keçmədən azarkeşlərini sevindiriblər. 16-cı dəqiqədə Lionel Messi hesabı açıb. Argentinalı futbolçu bununla kifayətlənməyib. Cəmi 4 dəqiqə sonra komandasının və özünün 2-ci qolunu vurub - 2:0.

Fasiləyədək başqa qol olmayıb. İkinci hissədə də rəqibindən daha üstün oyun göstərən “Barselona” qonaqları 3-cü dəfə mərkəzə dəvət edib. 61-ci dəqiqədə Koutinyo fərqi daha da artırıb - 3:0. İki oyunun nəticəsinə görə, ümumilikdə, 4:0 hesabıyla qələbə qazanan “Barselona” yarımfinala yüksəlib.