"Barselona"dan "İnter"ə

“Barselona” yarımüdafiəçisi Arturo Vidal “İnter”ə tranfer oluna bilər.

Sportline.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, Milan təmsilçisi çilili futbolçuya görə katalonlara 12 milyon avroluq təklif göndərib.

"Barselona" isə 32 yaşlı futbolçunu 20 milyon avroya satmaq niyyətindədir. Tərəflərin transferi müzakirə etdiyi bildirilir.

Bu mövsüm 19 oyuna çıxan Vidal 5 qol vurub.