"Barselona"nın əfsanəsi karyerasını bitirdi

İspaniya millisi və "Barselona" klubunun sabiq futbolçusu Xavi karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, veteran yarımmüdafiəçi, "Əl-Sədd"in Asiya Çempionlar Liqasında "Persepolis"lə oyununda sonuncu dəfə meydana çıxıb.

Xavinin yeni mövsümdən etibarən "Əl-Sədd"i çalışdıracağı gözlənilir.

Karyerasının böyük hissəsini "Barselona"da (767 matç) keçirən 39 yaşlı futbolçu, 2000-2014-cü illərdə İspaniya millisinin formasını (133 dəfə) geyinib.

8 dəfə La Liqanın baş mükafatına, 3 dəfə Kral Kuboku, 6 dəfə İspaniya Superkubokuna sahib çıxan Xavi, Çempionlar Liqası (4), UEFA Superkuboku (2) və Klublarası Dünya Çempionatının (2) da qalibi olub. Xavi həmçinin, 1 dəfə (2010) dünya, 2 dəfə (2008, 2012) isə Avropa çempionu adına layiq görülüb.