"Barselona"nın futbolçusu bu 4 əfsanəni seçdi

"Barselona" Futbol Klubunun rəsmi "YouTube" kanalı "Mənim əfsanəvi TOP-4"üm rubrikası çərçivəsində yeni video paylaşıb. SportLine.az xəbər verir ki, rubrikanın bu dəfəki qonağı Kleman Lanqle olub.

Futbolçu bu seçimləri edib:

Ən yaxşı qapıçı: Van der Sar
Ən yaxşı müdafiəçi: Paolo Maldini
Ən yaxşı yarımmüdafiəçi: Zinəddin Zidan
Ən yaxşı hücumçu: Luis Nazario Ronaldo